• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1612
— 15.10.2018 10:02

Smasung ilk dəfə 4 arxa kameralı smartfon təqdim etdi

Samsung Electronics bir qədər ucuz flaqman smartfon təqdim edib: Galaxy A9. Özəllik ilk dəfə 4 ədəd arxa kameranın olmasıdır. Bundan savayı gecə və gündüz çəkə bilən 24 meqapiksellik sensoru da qeyd etmək lazımdır. Galaxy A9 itkisiz ikiqat zuma malik teleobyektiv də qazanıb. Aparatda ultra geniş bucaqlı modul və 5 MP ölçülü sensor da var. Yeni Samsung mobil cihazı 8 nüvəli 2,2 qeqaherz takt tezliyi olan Qualcomm Snapdragon 660 prosessoru ilə işləyir. 6 QB operativ yaddaşı, 128 QB daxili yaddaşı olan smartfon 512 QB-dək həcmi olan microSD kartını dəstəkləyir. Ekran 6,3 düymlükdür və FullHD+ ölçüsündədir.