• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1384
— 13.10.2018 16:59

Gəncə idmançıları Rusiyanın paytaxtı Moskvada keçirilmiş paurliftinq üzrə dünya çempionatında medallar qazanıblar

KepezTV Player

Pərvin Əsgərov təchizatlı versiyada gümüş medal əldə edib. Vüsal Ağalarov isə daha yaxşı nəticə göstərərək fəxri kürsünün ilk pilləsinə qalxıb. O, ştanqla oturub-durma, uzanaraq sinədən sıxma və döşəmədən qaldırmada – toplam olaraq 762 kq-ın öhdəsindən gəlib. Nizami yurdunun yetirməsi bu nəticə ilə 110 kq çəki dərəcəsində 3 hərəkətin cəmində 6 rəqibini qabaqlayıb. Vüsal Ağalarov bunadək dəfələrlə Azərbaycan çempionatının və ölkə kubokunun qalibi olub, beynəlxalq turnirin və 2 dəfə Avropa çempionatının qızıl medalına yiyələnib.

Orxan Cəfərzadə