• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 862
— 13.10.2018 16:43

Gəncə Dövlət Dram Teatrı üçün 500 yerlik yeni binanın tikintisinə başlanılıb

KepezTV Player

Gəncə çayının sağ sahilində, Əhməd Cəmil küçəsində inşa edilən bina 30 m hündürlükdə, zirzəmidən əlavə 5 mərtəbəli olacaq. Binada aktyor heyyətinin dincəlməsi, qrimi üçün  otaqlar, eləcə də kafe yaradılacaq. ilkin layihə ilə müqayisə də binanın xarici görünüşünə müəyyən dəyişikliklər edilib. Bina üçün qazanxana, transformator və yardımçi tikililər də yaradılacaq. Hazırda ərazidə 60 nəfər çalışsa da işçilərin sayı 500 nəfərə çatdırılacaq.

Şahin Mehdiyev baş mühəndis:Prespektivdə nəzərdə tutmuşuq ki, çayın üstündə körpü keçsin. Tamaşaçı gələndə avtomobili çayın digər tərəfində saxlayacaq. Vətəndaş çaya baxa-baxa körpüdən Dram Teatra keçəcək. Bunun özü də bir növ dincəlmək olacaq. Teatra baxmadan öncə ki, dincəlmək.