• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2491
— 12.10.2018 20:09

Daşkəsəndə 60 yaşlı kişini avtomobil vurdu

Daşkəsən rayonunun mərkəzində piyadavurma hadisəsi olub. Avtomobil yolu keçmək istəyən 60 yaşlı Daşkəsən rayon sakini Ziyad Məmmədovu vurub. Müxtəlif bədən xəsarətlər alan yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Ziyad Məmmədova ilkin tibbi yardım göstərilib və palataya yerləşdirilib. Vəziyyəti orta ağırdı. Faktla bağlı araşdırma aparılır.

Məharət Kərimov - həkim: Müayinə zamanı sol gicgah nahiyyəsinin çapılmış yarası və sol aşağı topux oynağının çıxıq, sınıqları aşkar edilmişdi. Xəstəyə lazımı travmatoloji tədbirlər aparıldı. Hazırda stasionar müalicə təyin olunub.

 

Elnur Vahidoğlu