• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1516
— 12.10.2018 14:18

Gəncə samboçuları dünya birinciliyində iştirak edir

KepezTV Player

Bu gün Gürcüstanın paytaxtı Tbilisidə yeniyetmə və gənclər arasında sambo üzrə dünya birinciliyi start götürüb. Yarışda Azərbaycan millisi də iştirak edir. Yığmanın tərkibində qonşu ölkəyə 18 çəkidə eyni sayda idmançı yollanıb ki, onların 4-ü Gəncəlidi. Yeniyetmələrin yarışında 56 kq-da Hüseyn Hüseynov, 60-da Vilayət Bayramov və  87 kq üstəgəldə Nizami Hacıyev Gəncəni təmsil edir. Mundialda gənclər arasında isə Nizami yurdundan 100 kq üstəgəldə Ayxan Cəfərov ölkəmizin şərəfini qoruyur. Dünya birinciliyinə oktyabrın 15-də yekun vurulacaq.

Orxan Cəfərzadə