• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1505
— 12.10.2018 16:06

Gəncədə ictimai nəqliyyatda vəziyyət yoxlanıldı

KepezTV Player

Gəncədə nizam intizam qaydalarına əməl etmədən sükan arxasında ictimai nəqliyyat vasitələrini idarə edənlər maarifləndirilir. Nəqliyyat idarəsi tərəfindən keçirilən reydlərdə 20, 15, 4 və 1 saylı marşurut xətti üzrə hərəkət edən avtobuslarda qayda pozuntuları aşkar edilib. Sürücülərin sükan arxasında telefonla danışmaları, siqaret çəkmələri, sərnişinlə normal davranmamaları neqativ hallar kimi müəyyən edilib. Reyd zamanı müfəttişlər sürücülərə nəqliyyat vasitələrini çirkli saxladığı üçün də xəbərdarlıq ediblər.

Azər Məmmədo - Gəncə Şəhər Nəqliyyat İdarəsinin sektor müdiri: “Reyd zamanı bəzi sürücülərin sürüclük vəsiqəsində kateqoriyaların olmaması aşkar edilib. Bunula bağlı sərnişin daşıma ilə məşğul olan sahibkarlara xəbərdaredici məktublar ünvanlayıb, bununla bağlı tədbir görülməsini bildirimişik. Bundan sonrada xəttlərdə yoxlamalarımız davam etdiriləckdir, belə sürücülər cəza tədbiri olaraq tərəfimizdən xəttən uzaqlaşdırılcaqdır.

 

Xaliq Qurbanlı