• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1673
— 12.10.2018 14:48

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli idarələrində gücləndirilmiş iş rejimi tətbiq olunub

KepezTV Player

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə əlaqədar  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli  idarələrində gücləndirilmiş  iş rejimi tətbiq olunub. 10 Saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları da, nəzarət etdikləri ərazilərdə, yanacaq vasitəsi olaraq ağacların vətəndaşlar tərəfindən qanunsuz kəsiminə qarşı ciddi tədbirlər həyata keçirilir. Xüsusən də Göygöl rayonu ərazisində yerləşən meşə massivinin, ətraf kəndlərdə yaşayan sakinlərin qanunsuz müdaxiləsindən qorumaq üçün rayon meşə mühafizəsi və bərpası müəsisəsi ilə birgə işlər aparılır. Cari ilin 9 ayı ərzində İdarə yaşıllıqların qırılması ilə bağlı tərtib edilən 47 akt və 42 inzibati protokol üzrə 30 min 300 manat cərimə tətbiq edib.

Mahir Əbdürəhmanov - 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis müavini: Trəfimizdən keçirilən reydlər zamanı Göygöl rayonu ərazisində, Əzgilli adlanan kəndin ərazisində qanunsuz meşə materiallarının əldə olunması və fəaliyyətlə məşğul olan şəxslərlə bağlı, tərəfimizdən 16 halda tədbir görülmüş və 4 min 800 manat cərimə, 1200 manat isə təbiətə dəymiş ziyan hesablanıb. Bu yönümdə tədbirlərimiz bundan sonrada davam etdiriləcək.