Bu günə xəbərlərin oxunma sayı: 692
— 12.10.2018 13:44

Qazaxda narkomaniya və erkən nikahın fəsadları mövzusunda tədbir keçirilib

KepezTV Player

Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağköynək kənd tam orta məktəbində “Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına zərərli təsirləri”, “Erkən nikah və onun fəsadları” mövzularında görüş keçirilib. Narkomaniyanın, narkotiklərin qanunsuz dövriyyəsinin yaratdığı problemlərdən, onların insanların sağlamlığı və genefondumuz üçün doğurduğu fəsadlardan danışılıb. Yeniyetmə və gənclərin zərərli vərdişlərə meyl göstərmələrinin qarşısını almaq üçün valideyn və müəllimlər səmərəli fəaliyyətinə diqqət çəkilib, uşaqların idmana və təhsilə yönləndilməsinin vacibliyi vurğulanıb. Görüşdə narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının, o cümlədən polisin qətiyyətli mübarizəsi önə çəkilib. Tədbirdə erkən nikah və onun fəsadları mözusunda məlumatlar verilib. Uşaq yaşlarında ailə quran gənclərin gələcək həyatında yarana biləcək psixoloji təsirlərdən danışılıb.

 

Natiq Hüseyn