• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 12.10.2018 13:29

Qanunsuz siqaret və mobil telefonlar aşkarlandı

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana "Opel Vectra" markalı nəqliyyat vasitəsi ilə gələn ölkə vətəndaşının avtomobilinə gömrük baxışı keçirilib. Maşının yük yerində xüsusi düzəldilmiş gizli saxlanc yerindən aksiz markası olmayan 2780 ədəd müxtəlif markalı siqaretlər, 18 ədəd müxtəlif markalı telefonlara aid qutuları, 4 ədəd qulaqlıq, 10 ədəd USB kabel, 12 ədəd qidalandırıcı başlıq, 6 ədəd mobil telefonlar aşkar edilib. Fakt araşdırılır.