• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1172
— 12.10.2018 13:34

İki maşın toqquşdu: 1 ölü, 5 yaralı

KepezTV Player

Goranboyda ağır yol qəzası baş verib. Aşağı Ağcakənd kəndi ərazisində Zeyvə kənd sakini Kamran Quliyevin idarə etdiyi “Niva” və Börü kənd sakini Şaiq Sadıqzadənin sürdüyü “VAZ-21015” markalı avtomobillər toqquşub. Quliyev idarəetməni itirdiyindən maşını yol kənarındakı boruya vurub. Nəticədə "Niva"nın sərnişinlərindən Zakir Səmədov hadisə yerində ölüb, sürücüsü və digər 4 sərnişini xəstəxanaya yerləşdirilib. Xocalı polisi faktı araşdırır.

Xudatda piyadanın vurulması ilə nəticələnən qəza baş verib. Xaçmaz rayon Çinartala kənd sakini 60 yaşlı Almas Hacıyevi avtomobil vurub. Ağır xəsarətlər alan piyada təcili tibbi yardım maşını ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həyatını xilas etmək mümkün olmayıb.

Yevlaxda şəhərində avtomobilin vurduğu piyada isə ölümün cəngindən qurtula bilib. Üzeyir Hacıbəyli küçəsində arxaya hərəkət edən "VAZ-2104" markalı avtomobil yol kənarında dayanmış yerli sakin Cəmilə Mehdiyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın xəstəxanaya yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir. Qəzalarla bağlı araşdırmalara başlanılıb.