• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1813
— 12.10.2018 13:36

Şəkər xəstəsi çarpayıdan yıxılaraq öldü

KepezTV Player

İmişli rayonunda ölüm hadisəsi baş verib. Rayon sakini, 76 yaşlı Leyla Cabbarova yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. Yaxınları zərərçəkəni İmişli rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. Cabbarova xəstəxanada dünyasını dəyişib. Yataq xəstəsi olan qadın şəkərli diabetdən əziyyət çəkirmiş. Ölüm faktı ilə bağlı araşdırma aparılır.