• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 12.10.2018 10:03

Üçüncü nəsil Google Pixel smartfonları təqdim olundu

Google şirkəti rəsmi olaraq Pixel smartfonlarının üçüncü nəsil nümayəndələrini təqdim edib. Pixel 3 və Pixel 3 XL genişləndirilmiş ekran, təkmilləşdirilmiş kameralar və bir sıra başqa yeniliklər qazanıb. Mobil qurğular firmalı dizaynlarını qoruyub saxlayıblar. Pixel 3 5,5 düymlük, Pixel 3 XL isə üst hissədə çıxıntılı 6,3 düymlük ekran əldə edib. Hər iksi Qualcomm Snapdragon 845 prosessorun bazasında işləyir və 4 QB operativ yaddaşa malikdir. Seçimə görə 64 və ya 128 QB-lıq daxili yaddaş da var. Bir çox müasir flaqmanlardan fərqli olaraq adıçəkilən Google məhsulları 12 Mp əsas kamera ilə təmin olunub. Amma bu, ən yaxşı çəkən smartfonlarla rəqabət aparmağa mane olmur. Qarşı tərəfdə isə 8 Mp-lik iki kamera quraşdırılıb. Android 9.0 Pie idarəetməsilə işləyən smartfonlar ilk dəfə naqilsiz enerji yığmanı dəstəkləyir. Pixel 3 2915 mAs, Pixel 3 XL isə 3430 mAs həcmli akkumlyatora sahibdir. Bunlarla yanaşı istehsalçılar Google Stand adlı naqilsiz enerji yığan da təqdim ediblər. Smartfonların qiyməti 800 və 900 dollardır. Daxili yaddaş 128 QB olarsa qiymətin üstünə 100 dollar da gələcək.