• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2309
— 11.10.2018 17:59

Turan Bayramov olimpiadada mübarizəyə başlayır

KepezTV Player

Azərbaycanlı idmançıların da iştirak etdiyi Yeniyetmələrin III Olimpiya Oyunları davam edir. Yığmanın tərkibində yer alan Gəncə güləş məktəbinin yetirməsi, əsas medal ümidlərindən sayılan Turan Bayramov oktyabrın 14-də Olimpiya Oyunlarında mübarizəyə qoşulacaq.

Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən yarışda pəhləvan sərbəst üsulla 65 kq çəki dərəcəsində xalça üzərinə çıxacaq. Ölkəmizi Cənubi Amerikada təmsil edən iki güləşçidən biri olan Bayramov mayda reallaşan Avropa birinciliyində olimpiadaya lisenziya qazanıb. Makedoniyanın Skopye şəhərində keçirilən qitə yarışında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Turan olimpiya oyunlarında iştirak etmək hüququ əldə edib. Xatırladaq ki, bu vaxta kimi, Gəncə idmançılarından ikisi iştirak etdiyi  Yeniyetmələrin Olimpiya Oyunlarından mükafatlarla dönüblər. Boks millimizin üzvlərindən - Elvin İsayev 2010-cu ildə Sinqapurda gümüş, Rüfət Hüseynov isə 4 il əvvəl Çində qızıl medala sahib olub.

Dəfələrlə böyük yarışların qalibi və mükafatçısı olan Turanın da bu uğurları təkrarlayacağı gözləniləndir. Belə ki, güləşçi olimpiadaya kimi beynəlxalq turnirlərin, dünya birinciliyinin qızıl və gümüş, Avropa birinciliyinin isə qızıl və bürünc mükafatını medal kolleksiyasına əlavə edib.

Qeyd edək ki, Olimpiadada ölkəmizi təmsil edək digər güləşçi Şahanə Nəzərova oktyabrın 13-də 43 kq-da qüvvəsini sınayacaq.  

Azad Rəfi