Bu günə xəbərlərin oxunma sayı: 686
— 11.10.2018 20:16

Gəncə və Şəmkirdə narkotik istifadəçiləri saxlanıldı

KepezTV Player

Şəmkir sakini aylardır əkib becəridyi narkotik vasitəni dada bilməyib. Marixuananı gəmircilərdən belə qoruyanın arzusunun gerçək olmasına polislər imkan verməyib. Şəmkirin Çənlibel kəndində xeyli miqdarda narkotik vasitəni dövriyyədən çıxaran hüquq-mühafizə orqanı əməkdaşları həmçinin, şərti alıcıya heroin satmaq istəyən Gəncə sakinini də saxlayıblar.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinin əməliyyatçıları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan Şəmkir sakini 43 yaşlı Mehman Heydərovu saxlayıb. Onun Şəmkirin Çənlibel kəndində yaşadığı evindən kibrit qutularına qablaşdırılan marixuana aşkarlanıb. Eləcə də 2 ədəd aqrotexniki qaydada becərilən narkotik tərkibli bitki müəyyən edilib.

Fərid Hüseynov əməliyyat müvvəkili: Şəmkir rayonunun Çənlibel kəndində yaşayan Heydərov Mehman Bayram oğlunun narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Daxil olmuş əməliyyat məlumatı əsasında mehman Heydərovun evindən 7 kloqram 428 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Mehman Heydərov uzun illərdir narkotik istifadəçisi olduğunu və həmin marixuananı da şəxsi istifadəsi üçün becərdiyini deyib. Saxlanılmasına da xüsusi diqqət yetirib.

Mehman Heydərov saxlanılan şəxs: Ötən il özüm istifadə etmək üçün iki ədəd əkmişdim. Gətirdim qurutdum yarısını istifadə etmişdim yarısınıda sellafan torbaya və kibrit qutusuna yığmışdım ki, gəmiricilər yeməsin. Bu ildə yenə iki ağac əkmişdim. Onuda çıxarıb gətirib evdə qurudurdum. Oda polis tərəfindən baxış keçirildi və hamısı aşkar olundu. Özümdə göstərdim.

Qərb Regional Şöbənin əməkdaşları daha bir əməliyyatla Gəncə şəhər sakini 38 yaşlı Anar Tağıyevi 0,433 qram heroini satarkən yaxalayıb.

Rafiq Əhmədov əməliyyat müvvəkili: Qərb Bölgəsində Regional Şöbənin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Kəpəz rayonu Üzeyir Hacıbəyov küçəsi ev 12 mənzil 26 da daimi qeydiyyatda olan və yaşayan Tağıyev Anar Nazim oğlu 2 büküm narkotik vasitə olan heroini şərti alıcıya satmaq istəyərkən yaxlanmışdır.

Hər iki fakt üzrə əldə edilən narkotik vasitələr ekspertizaya təqdim edilib. İstintaq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsi tərəfindən aparılır.

Natiq Hüseyn