• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2231
— 11.10.2018 16:35

Goranboyun dağətəyi sahələrində əkilib becərilən tütünün yığımı aparılır

KepezTV Player

Bol məhsul əldə edəcəklərinə əmin olan fermerlər yığımın son mərhələsindədir. 

Goranboyda 8 hektar ərazidə əkilən tütünün yığımı və qurudulmasına 2 aydır başlanılıb. Talvarlarda qurudulan bitgini yarpaqları bir neçə mərhələ keçdikdən sonra nəmləndirilərək anbarlara toplanır. Fermerlər  məhsulu müqavilə əsasında Şəki və Zaqatala Tütün Fabirklərinə satır. Qiymətsə hər kiloqram qurudulmuş tütün üçün sortundan asılı olaraq 1 manat 80 qəpikdən, 2 manat 20 qəpik arasında dəyişir.  

Şakir Hüeynov – fermer: “Bu ili məhsulumuzun sortu çox məhsuldardır. Qurumuş şəkildə də normal çəki verir. Sahədən bu axırıncı üzüdə yığıb, qurudub aparıb təhvil verəcəyik zavoda”

Martdan başlayaraq ağır zəhmət hesabına əkilib becərilən tütün rayonun dağətəyi bölgənin iqlimi üçün daha əlverişlidir.  

Aybəniz Qarayeva – tütünçü: “Çox çətindir tütnlə işləmək, sağlamlığımızada ziyan vurur. Bitginin yarpaqları yığılır, daha sonra iplərə vurulur və asılır. 400-500 kiloqram gün ərzində sahələrdən məhsul yığaraq asırıq talvarlara”

10 fermer təsərrüfatında becərilən tütünə dövlət tərəfindən verilən subsidiya fermerlərin bu sahəyə marağını artırıb.

Yasın Məmmədov – Goranboy Rayon İH-nin məsləhətçisi: “Praqnozlara və biologi məhsuldarlığın təyini zamanı o nəticəyə gəlinişdir ki, cari təsərrüfat ilində hər hektar sahədən 1500 kiloqram quru tütünün tədarükünə nail olunacaqdır. Tərəfimizdən bağlanılan müqavilə əsasında fermerlərin məhsullarını fabriklərə verilməsi təmin olunacaqdır.”

Bu il təsərrüfatlardan 12 ton quru tütün tədarük olunaraq satışı təmin olunacaqdır ki, bu da ötən illə müqayisədə 2 ton artıqdır.