• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 11.10.2018 14:38

İstixananı narkoplantasiyaya çevirdi

KepezTV Player

Paytaxtın Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağatahir Zəkiyev saxlanılıb. Onun Albalılıq yaşayış sahəsindəki evinin həyətinə baxış zamanı 2 kiloqram 150 qram qurudulmuş marixuana və istixanada kultivasiya yolu ilə yetişdirilən 2115 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Zəkiyevin evindən bir ədəd müvafiq sənədləri olmayan ov tüfəngi də aşkarlanıb. Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkiləri təxminən bir ay əvvəl əkdiyini və onlara qulluq edərək yetişdirdiyini etiraf edib.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.