• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2028
— 11.10.2018 14:32

Polis və mühafizəçi bıçaqlandı

KepezTV Player

Abşeron rayonunda polis əməkdaşı və mühazəçi bıçaqlanıb. Hadisə Xırdalan şəhəri ərazisindəki parkdə qeydə alınıb. Mühafizəçi və ərazidə xidmət aparan polis əməkdaşı parkda səs-küy salaraq ictimai aşayişi pozan şəxsə yaxınlaşıb. Bu zaman naməlum şəxs üzərindəki bıçaqla polis, 34 yaşlı Fuad Əhmədov və mühafizəçi, 35 yaşlı Habil Musayevə hücum edərək onlara xəsarət yetirib. Daha sonra hadisə yerindən qaçıb. Yaralılar xəstəxanaya çatdırılıblar. Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində əməliyyat qrupu yaradılıb. Hadisənin törədən şəxsin müəyyən olunaraq tutulması istiqamətində tədbirlər keçirilir.