• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 927
— 11.10.2018 10:18

Facebook video zənglər üçün “ağıllı” ekranlar təqdim etdi

Facebook sosial şəbəkəsi video zənglər üçün iki firmalı ev cihazı təqdim edib. Onlar “ağıllı” səsgücləndiricilərə rəqib ola bilər. Portal və Portal+ adlı qurğular 10 və 15 düymlük  stolüstü ekranlardır. Facebook Portal1200*800 piksel, Portal+ isə 1920*1080 pikseldir. Hər ikisi də dostlar və yaxınlarla video zənglər təşkil etmək üçündür. Cihazdan Facebook Messenger vasitəsilə həm digər Portala, həm də smartfon və planşetə də zəng vurmaq mümkündür.  Aparatlar qrup şəklində olan video konfransları da dəstəkləyir. Belədə iştirakçıların sayı maksimum 7 nəfər olmalıdır. Bundan başqa süni intellekt texnologiyası ətraf səsləri aradan qaldırır və kameranın həmsöhbətin hərəkətini izləməsini tənzimləyir. Əlavə reallıq hesabına video zəngləri əyləncəli də etmək olar. Hər halda cihazların funksiyaları video zənglə məhdudlaşmır. Portal və Portal+ hətta səs əmrlərini yerinə yetirir. Belə ki, onların daxilinə Alexa səs köməkçisi quraşdırılıb və bu yolla bir çox faydalı məlumatları əldə etmək olar. ABŞ-da artıq Facebookun bu məhsulları sifarişə hazırdır. Portal 199 dollar, Portal+ isə 399 dollardır. Eyni vaxtda hər ikisini alsanız o zaman 100 dollar qənaət etmiş olarsız.