• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 10.10.2018 14:36

Şəmkirdə bədii gimnastika üzrə məşq bölməsi yaradılıb

KepezTV Player

Həm incəsənət, həm də idman növü olan bədii gimnastika bu gün Azərbaycanda sevimli və məşhur idman növlərindən birinə çevrilib. Bunun nəticəsidir ki, ildən-ilə gimnastikanın ölkəmizdə coğrafiyası genişlənir. Əgər əvvəllər bu idman növü ilə yalnız Bakıda məşğul olurdularsa, indi müxtəlif regionlarda da müvafiq klublar və bölmələr fəaliyyət göstərir. Şəhər və rayonlar üzrə nümayəndəliklərin sırası hər keçən il genişlənir, qrupların sayı artır. Bu mənada qərb bölgəsində Gəncədən sonra Şəmkirdə bədii gimnastika üzrə bölmə fəaliyyətə başlayıb. Yeni yaradılan qrupda gimnastika ilə yanaşı, çirlidinq də tədris olunur. Müxtəlif yaş qruplarından olan uşaq və yeniyetmələr bu növlərin sirlərini öyrənməyə çalışır.

 

Azad Rəfi