• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1471
— 10.10.2018 14:59

Gəncədə 5 yaşa qədər uşaqların məktəbəqədər hazırlıq qrupuna 2733 uşaq cəlb edilib

KepezTV Player

Gəncədə 5 yaşa qədər uşaqların məktəbəqədər hazırlıq qrupuna 2733 uşaq cəlb edilib ki, bu da ötən illə müqayisədə 10 faiz çoxdur. Bu il qeydiyyat ilk dəfə olaraq elektron qaydada aparılıb.

Uşaq qəbulu Gəncə üzrə 46 orta məktəbdə 141 qrupu əhatə edib. Bunların da 25-i rus, 116 qrup isə Azərbaycan bölməsi üzrədir. 2733 uşağın 483-ü rus bölməsindədir.

Yasin Məmmədov - Gəncə Şəhər Təhsil İdarəsinin əməkdaşı – “75 faiz qəbul olunan uşaqların yerdə qalan hissəsi baxçaya gedən uşaqlardı. Onların da elektron qayda da  birinci sinfə qəbul olunması həyata keçiriləcək.  Bu qəbul da 2019-cu ilin mart ayının 12-də elektron sistem vastəsi ilə qəbul olunacaqdı. Təhsil Nazirliyi tərəfindən məktəbə hazırlıq qruplarında oxuyan uşaqlar dərsliklə təmin olunublar”.

Məktəbəqədər hazırlıq qruplarında uşaqlara “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” kimi məşğələlər keçirilir.

Şahsənəm Əliyev müəllim – “ Oktyabırın 1 biz dərsə başlayanda mən uşaqlarla ilkin sorğu apardım. Uşaqların hər biri öz soyadlarını, atalarının, analarının adlarını yaşadıqları ölkənin adını dedilər mən çox sevindim”.

Qruplarda həftədə 4 gün olmaqla gün ərzində 2 saat müddətində 3 məşğələ keçilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məşğələlər mayın 31-də başa çatacaq.

 

Elnur Vahidoğlu