• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1541
— 10.10.2018 14:51

Gədəbəydə Mir Cəlal Paşayevin 110 illik yubileyi dəyirmi masa ilə qeyd edilib

KepezTV Player

Gədəbəydə görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illik yubileyi dəyirmi masa ilə qeyd edilib. Tanınmış ədibin həyat və yaradıcılığı, 20-ci əsr Azərbaycan elminin, ədəbiyyatının və təhsilinin inkişafında misilsiz xidmətlərindən danışılıb, Qələmə aldığı əsərlərin ədəbiyyatımızın incilərindən hesab edildiyinə diqqət çəkilib. “Bir Gəncin Manifesti” əsəri ilə əbədiləşən Mir Cəlal Paşayevin Şərq qadını, Gənc işçi, İnqilab və mədəniyyət, Doktor Cinayətov, İfşa, Mərkəz adamı, Naxələf, Bostan oğrusu, Qüdrət nümayişi, İstifadə, Dəzgah qızı, Heyrət, Sağlam yollarda hekayələri və daha neçə-neçə roman və oçerkləri müasir ədəbiyyatımızı zənginləşdirib. Dəyirmi masa iştirakçıları eləcə də Gədəbəy 1 saylı tam orta məktəbdə fəaliyyət göstərən Mir Cəlal Paşayevin xatirə muzeyində yaradılan şəraitlə tanış olub, eksponatlara baxıblar.