• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 10.10.2018 13:06

Avtomobildən xeyli miqdarda dərman preparatları aşkarlandı

KepezTV Player

Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar. Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiyadan gələn "Mercedes" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş 17 adda 31072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri akşar olunub. Fakt araşdırılır.