• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1179
— 10.10.2018 13:19

Azyaşlıya qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb

KepezTV Player

Tovuz rayonunda 11 yaşlı qıza qarşı əxlaqsız hərəkət edən şəxs saxlanılıb. Yuxarı Öysüzlü kəndində hazırlıqdan evə qayıdan 2 yeniyetmə qız sərxoş kişinin hücumuna məruz qalıb. Sərxoş şəxs əlindəki butulkanı sındıraraq qızları hədələyib. Onlardan biri qorxaraq yaşıllıq ərazisinə qaçsa da, 11 yaşlı yeniyetmə qaça bilməyib. Sərxoş şəxs onu zorlamağa cəhd edib. Lakin yaxınlıqdakı insanlar köməyə çatıblar. Həmin kişi - əvvəllər məhkumluq həyatı yaşamış, Tovuz rayon sakini, 47 yaşlı Raqib Mehrəliyev tutulub. Faktla bağlı cinayət işi açılıb.