• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 10.10.2018 13:36

Maşın dəmir arakəsməyə çırpıldı, ölən və xəsarət alan var

KepezTV Player

Bakı-Sumqayıt yolunda ağır qəza baş verib. Sumqayıtdan Bakı istiqamətində hərəkətdə olan "Hyundai-Sonata" markalı avtomobil Xırdalan şəhəri yaxınlığında idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb. Hadisə zamanı maşında olan sərnişin, 24 yaşlı Elvin Məmmədov dünyasını dəyişib. Sürücü isə ağır yaralanıb. Cəlilabadda 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Yeni Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində minik avtomobili "TIR"-la toqquşub. Nəticədə minik maşınının sürücüsü, 26 yaşlı Cavid Qasımov və qızı, 5 yaşlı Lalə ağır xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıblar.

Gəncədə zəncirvari qəza baş verib. Cavadxan qəsəbəsinə gedən yolda 5 avtomobil toqquşub. “VAZ 2107” markalı maşın Sadiq Rəhimov küçəsi ilə qəsəbə istiqamətində hərəkətdə olarkən yaş yolda idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi qarşı hərəkət zolağına çıxıb və hadisə də bundan sonra baş verib. "VAZ-21015", "Mercedes", "VAZ-2104" və daha bir "VAZ-2107" markalı maşınlar qəzaya düşüb. Xəsarət alan şəhər sakini 44 yaşlı Atəş Quliyev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Şamaxı rayonunda eyni yolda və eyni vaxtda iki hadisə baş verib. Bakı-Şamaxı-Yevlax yolunun 128-ci kilometrliyində Bakı sakini Mətin Əzizov “NİVA” markalı avtomobillə paytaxt istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Maşın beton piltəyə çırpılıb. Nəticədə sürücünün qardaşı, 36 yaşlı Anar Əzizov xəsarət alıb və Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Eyni vaxta yolun əkis istiqamətində də qəza baş verib. ”OPEL" və "MERSEDES”markalı minik avtomobilləri toqquşub. Hər iki maşına ziyan dəyib. Qəzalarla bağlı araşdırmalara başlanılıb.