• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2385
— 09.10.2018 16:27

Zəki Öztürk “Kəpəz”in Türkiyə klubları ilə qarşılaşmasını arzulayır

KepezTV Player

Azərbaycan və Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri iqtisadi, turizm, mədəni və digər sahələrdə ən üst səviyyədədir. Bu əlaqələrin idman sahəsində də genişləndirilməsinin vacibliyi və əməli addımların atılması əsas vəzifələrdəndir. Türkiyənin Gəncədəki baş konsulu Zəki Öztürk bu yöndə maraqlı təkliflə çıxış edib. O, Gəncənin "Kəpəz” futbol klubu ilə Türkiyənin hər hansı bir komandası arasında yoldaşlıq görüşünün təşkil olunması fikrini irəli sürüb. Zəki Öztürk Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüşündə bu haqda deyib. Baş konsul bildirib ki, bu, gənclər arasında olan dostluq və qardaşlıq əlaqələrin inkişafına xidmət edə bilər. 

Zəki Öztürk: “İdman sahəsində gənclər arasında əlaqələrin genişləndirilməsi üçün Türkiyədən bir klubla “Kəpəz” komandası arasında qardaşlıq matçının keçirilməsi bizi çox sevindirəcək. Bunun həyata keçməsi üçün çalışacağıq. Təbii ki, könlümüz böyük klublardan birinin buraya gəlməsini istəyir (gülür). Amma indi alınarmı, bilmirəm. Bununla belə ilk mərhələdə Gəncə klubu ilə Türkiyənin qardaşlaşmış şəhərlərindən birinin komandasının qarşılaşması daha uyğun olar. Bu istiqamətdə işlər görəcəyik”.

Azad Rəfi