• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1947
— 09.10.2018 14:59

Balıqları kütləvi məhv edən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir və Mingəçevir ərazisində qanunsuz ov edən və elektrik avadanlığından istifadə ilə balıqların kütləvi şəkildə məhv edilməsi ilə məşğul olan şəxslər saxlanılıblar. Reyd Su Nəqliyyatında Polis İdarəsi və ərazi qurumlarının əməkdaşları tərəfindən keçirilib. Saxlanılan şəxslər - Nurəddin Səfərov, Mübariz Mayılov və Süleyman Mayılov qanunsuz əməllərinə rəsmi orqanlardan guya müvafiq icazə aldıqları bəhanəsi ilə haqq qazandırmaq istəsələr də, araşdırmalar onların yalan söylədiklərini üzə çıxarıb. Müəyyən edilib ki, onların heç birinin balıqovlama biletləri - lisenziyaları olmayıb. Saxlanılan şəxslərdən 10,5 kiloqramdan çox balıq, 2 qayıq, digər ov ləvazimatları, həmçinin balıqların elektrik cərəyanı buraxılmaqla məhv edilməsi üçün nəzərdə tutlmuş, kustar üsulla hazırlanmış aparat götürülüb.