• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 984
— 09.10.2018 14:59

67 yaşlı qadını döydülər

KepezTV Player

Xaçmaz şəhərində 67 yaşlı qadını döyüblər. Hadisə bu gün səhər saatlarında şəhərin Nəriman Nərimanov küçəsində baş verib. Xaçmaz rayon sakini Elçin Çılakov şəxsi münaqişə zəminində Gülçöhrə Bayramovanın üz nahiyəsinə bir neçə zərbə endirib. Xəsarət alan qadın təcili tibbi yardım maşını ilə Xaçmaz RMX-yə çatdırılıb və travmatalogiya şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım götsərilib, vəziyyəti qənaətbəxşdir. Faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.