• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 09.10.2018 10:00

Çap maşını qayıdır

Astrohaus komandası Indiegogo platformasında Freewrite Traveler adlı “çap maşını” layihəsini nümayiş etdirib. Burada istifadəçini mətn yazmaqdan heç nə yayındırmır. Qatlanan aparat ağ-qara ekrana malikdir. Onun E-ink adında “elektron mürəkkəbi” və tam ölçülü mexaniki klaviaturası var. Batareyanın həcmi isə 30 saat dayanmadan işləməyə imkan verir. Əvvəlki modeldən fərqli olaraq Freewrite elə yerindəcə çap etmək qabiliyyətindədir. Cihazın çəkisi təxminən 800 qramdır. Saxlanılan yazılarsa avtomotik olaraq Dropbox və Disk Google-a köçürülür. Məlumatlar Evernote və ya Postbox-a da ötürülür. Brauzerlər, oyunlar və başqa aplikasiyaları Freewrite-a yükləmək olmur. Qurğunun ekranı 6 düymlükdür və USB-C vasitəsilə enerji yığır. Müasir çap maşınını Indiegogo-da 269 dollara sifariş vermək olar. Pərakəndə satış qiyməti isə 599 dollara başa gələcək.