• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1615
— 08.10.2018 13:26

Toydan çıxıb evə gedən piyadanı maşın vuraraq öldürdü

KepezTV Player

Zaqatalada piyadanın ölümü ilə nəticələnən qəza olub. Rayonun Muxax kəndi ərazisində 65 yaşlı Abdurəhman İbiyev “Mercedes” markalı maşınla vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib. Məlumata görə, İbiyev hadisə baş verən ərazinin yaxınlığında toy məclisindən çıxıb evə gedirmiş. Onun içkili olduğu bildirilir. Qəzanı törədən sürücü, Bakı sakini Oktay Mirzəyev ərazidən qaçsa da, Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırmalar davam etdirilir.