• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 08.10.2018 10:01

Hyperloop sistemi üçün ilk sərnişin kapsulu hazırlandı

Hyperloop Transportation Technologies (HTT) şirkəti gələcəyin Hyperloop sistemi üçün ilk sərnişin daşıyan kapsul hazırlayıb. Quintero One adlı kapsul İspaniyanın Puerto-de-Santa-Mariya şəhərində təqdim olunub, sınaq üçün isə Fransanın Tuluza şəhərinə göndəriləcək. Kapsulun uzunluğu 32 metr, çəkisi 5 tondur. Qurğu 28-40 arası sərnişin daşıya bilər. Kapsulun konstruksiyasında Hyperloom-un gedişi üçün vibranium materialından istifadə olunub. Deyilənə görə, vibranium alüminum və poladdan 10 dəfələrlə daha dözümlüdür.