• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1408
— 06.10.2018 16:50

Göygöldə ölümlə nəticələnən avtoqəza baş verib

KepezTV Player

M.Ə. Sabir küçəsində Göygöl Mənzil Komunal Təsərrüfatı İstehsalat birliyinə məxsus, məişət tullantılarını daşıyan maşın aşıb. Nəticədə istehsalat birliyinin 2 fəhləsi avtomobilin altında qalaraq faciəvi şəkildə ölüblər. Avtomobildə olan sürücü və daha 2 fəhlə isə müxtəlif bədən xəsarətləri alıblar. İlkin ehtimallara görə qəzaya, sürücünün idarəetməni itirməsi səbəb olub.

Vaqif Nəcəfov xəsarət alan:Doqquza 10 dəqiqə işləmişdi. Gedirdik zibili boşaltmağa. Döngəni dönəndə maşını saxlaya bilmədi. Maşın aşdı. 2 nəfər yerindəcə öldü, 2 nəfərdə biz xəsarət aldıq.

Habil İmanov xəsarət alan:Qabağımıza ağ rəngli 07-di çıxdı. Birdə baxdım maşın qalxıb aşdı.