• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1506
— 06.10.2018 16:44

Gəncədə 148 binanın dam örtüyü dəyişdiriləcək

KepezTV Player

Ölkə başçısının sərəncamına əsasən Gəncədə 69-u 3, 4 və 5 mərtəbəli, 79-u isə 9 və 12 mərtəbəli olmaqla 148 binanın dam örtüyü dəyişdiriləcək.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Şəhərin Gülüstan, Mahrasa bağı, Yeni Gəncə yaşayış massivlərində olan binaların dam örüklərinin eyni zamanda da Mikrarayonlarda olan binaların dam örütklərinin dəyişdirilməsi nəzərdə tutulub. Artıq bunun bağlı şəhər icra hakimiyyətinin tapşırığı ilə komissiya yaradılıb. Bu problemlərin hamısı müəyyən olunub. Bütün bu problemlər tamami ilə aradan qaldırılacaqdır

Şəhərdə 1200-ə yaxın çoxmənzilli bina var ki, bunların da 363-nün dam örtüyündə təmirə ehtiyac duyulur. Gələn həftədən başlanılacaq dam örtüklərinin təmiri sakinlərin çətinliklərinə də son qoyacaq.

Sahibə Cəfərova sakin:Evimə yağış yağanda damır. Bütün evə qab düzürəm.İstərdik ki, bizim də dam örtüyü dəyişdirilsin.

Mehman Seyidov sakin:Payız gəlir, yağış yağır. Evlərimiz pis gündə olur. Blokumuza yağışdan girib çıxmaq olmur. Evin bir barısı yağışdan pis günə düşüb.

Paralel olaraq şəhərdə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də işlərə başlanılıb. Küçələr asfaltlanmaqla yanaşı işıqlanması da təmin edilir.

Mikayıl Zeynalov Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini:Su və kanalzasiya layihələrinin başa çatdığı küçələrdə eyni zamanda yaxın günlərdə su kanalzasiya işlərinin nəzərdə tutulmayan küçələri də var ki, Təbrik, Bağbanlar küçələri asfaltlanır.  Bu küçələr şəhərin əsas küçələrindən sayılır.

Ölkə başçısının sərəncamı ilə Gəncədə dam örtüklərinin təmirinə 6 milyon manatdan çox, küçələrin asflatlansına isə 10 milyon manat pul ayrılıb.

 

Elnur Vahidoğlu