• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 824
— 05.10.2018 14:33

Gəncədə tikinti bazarında qiymətlər əl yandırır

KepezTV Player

Belə getsə Gəncədə ev tikmək çətinə düşəcək. Tikinti bazarında mövcud vəziyyət inşaat materiallarına yaxın düşməyə imkan vermir. İqtisadçıların məsələylə bağlı açıqlaması da nikbinliyi əsas vermir.

Məmməd Məmmədov alıcı – “ Gücümüz çatmır ev tikdirməyə. Hər şey bahadır”.

Mətləb Müseyibov alıcı – “Mənə döşəmə üçün taxta lazımdı. 11 kvm 15-16 manata verirlər. Belə baxıram ki,  o qədərdə sərfəli deyil. Mənə görə bahadır”.

Bazarda alıcıları çətin vəziyyətə salan qiymət artımı ən çox taxta, dəmir, mişar daşında özünü göstərir. Qiymətlərdə 20 faizə qədər yüksəlmənin olduğu deyilir.

Maksim Rüstəmov satıcı – “İyun ayında armaturun 1 tonu 660 m idisə iyul, avqust, sentyabr aylarında qiymət dəyişərək 200 m qalxaraq 800 m oldu. Eyni qayda da boru materiallarında da iyun ayında 1 tonu 985 manat idisə qiymət qalxaraq 1180 manat oldu”.

Səhəddin Süleymanov satıcı – “İki ay bundan qabaq qiyməti 7 manat olan sementin qiyməti indi olub 7 m 50 q olub. Yəni 50 q qalxıb. Qiymətin qalxmağının səbəbi odur ki, yerində necə verirlər bizdə ona qarşılıq satırıq. Alıcılıq qabiliyyəti də çox zəifdi, düşüb aşağı”.

Tikinti bazarındakı vəziyyət iqtisadi amillərlə, əsasən də tələb-təklif qanununun işləməməsindən irəli gəlir. Nəticədə süni qiymət artımı baş verir. Digər tərəfdən...

Asif Həsənov - ADAU-nun kafedra müdiri – Dünyanın maliyyə bazarında və ABŞ dollarının qiymətinin manata görə qalxması bu səbəblərdə var ki, hansı ki ölkəyə xaricdən gətirilən tikinti materiallarının qiymətinin qalxmasına səbəb olub. Nə qədər ki, bizim tikinti materiallarına xaricdən asılılığımız var bu sahədə qiymətin aşağı düşməsi ehtimalı azdır. Cuzi şəkildə ola bilər ki, bəzi məhsullar var ki, hansı ki, onlar sırf Azərbaycanın özündə istehsal olunur, onlarda 5-6 faiz qış aylarında fərq görünə bilər. Ancaq əsaslı şəkildə qiymətlərin enməyində bir səbəb yoxdu”.

Qiymət artımı sinqlənmiş dəmir, polad vərəqə listlər, tikişsiz borular, eləcə də şvellerə aid deyil.

 

Elnur Vahidoğlu