• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 05.10.2018 14:31

Bu il Gəncənin yaşıllıq əraziləri əkiləcək 80 min müxtəlif növ ağacla zənginləşir

KepezTV Player

Payızlıq əkinlə əlaqədar, park və xiyabanlara, eləcə də yol kənarlarına 25 min eldar şamı, 30 minə yaxın sərv, 15 minə yaxın Xan çinar və digər ağac tinklərinin bastırılması planlaşdırılır. Bununla yanaşı  400 minə yaxın payızlıq çiçək və 15 minə qədər qızıl gül kollarının əkilməsi nəzərdə tutulur. İlin əvvəlindən bu günədək müxtəlif ərazilərə 16 min ağac əkilib. Əkilən tinklərin 90 faizi şəhər yaşıllaşdırma idarəsinin tinkçilik təsərrüfatında yetişdirilir. Payızlıq işlər çərçivəsində təhlükəli hesab edilən qurumuş ağaclar da kəsilərək götürüləcək.

Rizvan Quliyev - Gəncə şəhər MKTİB-nin Yaşıllaşdırma Şöbəsinin baş aqranomu: Vətəndaşlardan qəbul olunan ərizə və şikayətlər əsasında, müxtəlif ünvanlarda olan qurumuş ağacların zərərsizləşdirilməsi, götürülməsi həyata keçirilir. Bu sahədə texnika baxımından bir az çətinliyimiz var. Texnika çatışmazlığı olduğu üçün müraciət edən vətəndaşları hamısını razı  sala bilmirik. Ancaq çalışacayıq ki, bu ilin sonuna kimi bütün ərizə, şikayətlər yerinə yetirilsin.