• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2152
— 05.10.2018 14:47

Samux və Göygölə müəllimlər günü qeyd olunub

KepezTV Player

Samuxda qabaqcıl təhsil işçiləri ilə görüş keçirilib. Qazanılan uğurlardan və müəllim əməyinə verilən dəyərdən danışılan tədbirdə rayonun 35 məktəbində 9 minə yaxın şagirdin təlim tərbiyyəsi ilə 1057 müəllimin məşğul olduğu önə çəkilib. Ötən illər ərzində 14 təhsil işçisi fəxri ad alıb. 6 nəfər əməkdar müəllim, 4 təhsil işçisi isə tərəqqi medalı ilə mükafatlandırılıb. 1 nəfər ilin ən yaxşı müəllimi müsabiqəsinin qalibi olub. Bu il ölkə prezidnetinin sərəncamı ilə Çobanabdallı kənd tam orta məktəbinin riyaziyyat müəllimi Elmira Məmmədova tərəqqi medalı ilə mükafatlandırılıb. Tədbirdə bir qrup təhsil işçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyələri təqdim  olunub.

Göygöldə isə 1700-dən artıq təhsil işçisi çalışır və əldə etdikləri uğurlara görə müxtəlif adlara layiq görülüb. Ötən illər ərzində 5 təhsil işçisi əməkdar müəllim, 5 nəfər isə tərəqqi medalı ilə mükafatlandırılıb. Təhsil Nazilriyinin əmri ilə 2 müəllim qabaqcıl döş nişanı ilə təltif edilib. İlin ən yaxşı müəllimi və məktəbi müsabiqəsinin qalibləri sırasındada Göygölün müəllimlərinin də adı var. Toplantıda qabaqcıl müəllimlərə Təhsil İşçiləri Azad Həmkarlar Təşkilatı tərəfindən hədiyyələr və fəxri fərman təqdim olunub.

 

Natiq Hüseyn