• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1197
— 05.10.2018 13:40

Ferma yandı, 50 bağlama ot külə döndü

KepezTV Player

İsmayıllı rayonunda yanğın olub. Hadisə İsmayıllı-Qəbələ yolunun 7-ci kilometirliyində, yol kənərında istifadəsiz köhnə tikili olan fermada qeydə alınıb. Ziya Həsənova məxsus fermanın 1600 kvadratmetrinin 200 kvadratmetri, çardaq hisəsi yanıb. Binanın içərisində təxminən 750 kiloya yaxın 50 bağlama ot yanaraq külə dönub . Yanğının söndürülməsi üçün əraziyə İsmayıllı rayon yanğından mühafizə xidmətinin 2 yanğınsöndürən maşını və 10 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub. Fermanın 1400 kvadratı və yaxınlıqda olan tikililər xilas edilib.  Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi araşdırma aparır.