• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1316
— 05.10.2018 13:39

Sərxoş sürücü qəzaya düşdü

KepezTV Player

Şəkinin Cəfərabad kəndi ərazisində də qəza baş verib. Rayonun Böyük Dəhnə kənd sakini, 46 yaşlı Rüstəm Abdurəhimov motosikletlə hərəkətdə olarkən nəqliyyat vasitəsinin idarəetməsini itirib. Nəticədə motosiklet minik avtomobili ilə toqquşub. Hadisə zamanı Abdurəhimov xəsarət alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya yumşaq toxumaların əziyi diaqnozu qoyulub. Qəza zamanı Abdurəhimov sərxoş olub. Faktla bağlı araşdırma aparılır.