• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2488
— 05.10.2018 13:39

6 yaşlı uşaq xəsarət aldı

KepezTV Player

Zaqatalada 6 yaşlı uşaq ağır xəsarət alıb. Hadisə Zaqatala-Muxax-Yuxarı Çardaqlar avtomobil yolunun  Muxax kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin məlumatına görə, ehtimal olunur ki, Çobankol kənd sakini, 6 yaşlı Amin Kərimov  Yuxarı Çardaqlar kəndi istiqamətində hərəkətdə olan  “Qaz 69” markalı avtomobilin onu vurmasından ehtiyatlanaraq qaçıb yolu keçmək istəyərkən ayağı ilişərək yıxılıb, başı yol kənarındakı daşa dəyib. 6 yaşlı Amin Kərimov ağır vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına  aparılıb. Uşaq travmatik şok vəziyyətdə xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.Fakt araşdırılır.