• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2301
— 05.10.2018 10:20

Taxta, mərmər və dəridən dəbdəbəli pilotsuz avtomobil

Parisdə EZ-Ultimo adlı Renault modeli debüt edib. Futuristik pilotsuz maşın lüks sinifli hotel, kurort və ya avia-şirkətlərin davamı ola bilər. EZ-Ultimo 5,8 metr uzunluğundadır. Prototip yeni Rolls-Royce Phantomdan uzun, MINI heçbekindən isə alçaqdır. Şirkətdəkilər şəhərdə qısa müddətli səfərləri dəbdəbəli etmək niyyətindədirlər. Pilotsuz avtomobil turistik ekskursiyalar da təşkil edə bilər. İçəriyə giriş avtomatik açılan qapılardan keçir. Oturacaqları rahatlığa görə hərəkət etdirmək və çevirmək olar. İnteryerdə təbii ağac materialından, eləcə də mərmər və dəridən istifadə olunub.