• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1991
— 03.10.2018 15:24

Silahlı Qüvvələrin futbol birinciliyi keçirilib

KepezTV Player

Silahlı Qüvvələrin fiziki hazırlığının yüksəldilməsi üçün hər il müxtəlif idman növləri üzrə yarışlar təşkil olunur. Çempionatın proqramı bir neçə növü əhatə edir. Bu oyunların arasında olimpiya və hərbi idman növləri var.

Planetin bir nömrəli idman növü olan futbol da Silahlı Qüvvələrin 21-ci Azərbaycan çempionatının proqramına daxildir. Hər yerdə olduğu futbol orduda da sevilir, şəxsi heyət arasında kifayət qədər populyarlığa malikdir və kütləviliyi ilə seçilir. Gəncədə keçirilən futbol çempionatın final mərhələsində 13 komanda 4 qrupda mübarizə aparıb. Burda yaxşı nəticə göstərənlər  əvvəlcə ¼  daha sonra yarımfinalda yarışıblar. Bu mərhələnin qalibləri isə həlledici oyunda, məğlubları 3-cü yer uğrunda görüşdə qarşılaşıblar. Çempionatın bürünc medallarına Bərdə komandası sahib olub. Final görüşündə penalti seriyasında qələbə qazanan Silahlı Qüvvələrin Bakı komandası çempion adına, Şəmkir isə gümüş mükafatlara yiyələnib.

Yarış yekunlaşdıqdan sonra mükafatçı komandalara fəxri fərman və medallar təqdim olunub. Qeyd edək ki, ənənəvi olaraq hər ay Silahlı Qüvvələrin müxtəlif idman növləri o cümlədən cüdo, güləş, daş qaldırma, hərbiləşdirilmiş kros, səmti müəyyən etmə və ateltika üzrə birincilikləri keçirilir.  Müdafiə Nazirliyinin hazırlıq planına əsasən, növbəti yarış atletika üzrə olacaq. Hərbçilər oktyabrın 9-da Bakıda ən yaxşıları müəyyənləşdirəcəklər.

Azad Rəfi