• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1965
— 04.10.2018 14:57

Gəncə ilə Türkiyənin bir neçə şəhəri qardaşlaşıb

KepezTV Player

Gəncə ilə Türkiyənin bir neçə şəhəri qardaşlaşıb və bu münasibətlər gələcəkdə daha da inkişaf etdirilməlidir. Həmçinin Gəncədə sosial və mədəni sahədə layihələrdə Türkiyə yaxından iştirak edərsə tərəflər bundan qazanacaq. Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə Türkiyənin Gəncədəki baş konsulu Zeki Öztürkün görüşündə Türkiyə banklarından birinin Gəncədə filialının açılması və  Nuru Paşanın adının əbədiləşdirilməsi üçün şəhərin bir küçəsinə onun adının verilməsi də diqqət mərkəzində olub. Şəhər rəhbəri bu ilin sonuna kimi Gəncəyə yeni sürət qatarının açılması və bunun bölgəyə turist axınına imkan yaradacağı önə çəkilib.

Zeki ÖztürkTürkiyənin Gəncədəki baş konsulu:“Gəncə mənim üçün ayrıca yeri olan bir şəhərdir. Bakı nə qədər beynəlmilləl şəhəri olsada, Gəncə öz etibarı ilə gercək Azərbaycanı tanıtmaqdadır. Gəncə öz mədəniyyətimizin beşiyi olaraq qarşımıza çıxır. Anadan olduğum torpaqların oxşarlığını burda görməkdən çox sevinirəm. Fəaliyyətim dövründə bu gözəl əlaqələri daha da artırmağa çalışacaqm”.