• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1701
— 04.10.2018 14:47

Gədəbəyin doqquz yaşayış məntəqəsinə təbii qaz verilib

KepezTV Player

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq xüsusilə sərhədyanı kəndlərin mavi yanacaqla təmin olunması davam edir. Gədəbəyin Ermənistanla sərhəddə yerləşən Şınıx bölgəsi mərhələli şəkildə qazlaşdırılır. Daha 9 yaşayış məntəqəsinin sakinləri qazla təminata sevinib.    

Tofiq Rüstəmov sakin: Bu günə kimi kəndin sakinləri ən ağır vəziyyəti yaşayırdı. Məcburiyytə qarşısında qalıb çöllərdə yaşıllıqları məhv etməkdən başqa əlacımız yox idi.

Rayonun Fərzalı, Çay Rəsullu, İsalı, Göyəlli, Göyəmli, Zamanlı, Arabaçı, Bəydəmirli və Turşsu kəndlərində sakinlərin çətinlikləri arxada qalıb.

Habil İsmayılov sakin: Bu gün bizim Şınıx camaatı üçün əsl toy bayramdır. Biz kiççik Qafqazın  üzərində yaşadığımız üçün qış mövsümü ağır keçirdi. Bu gün çox sevincli gündür.

Kəndlərin qazlaşdırılması üçün 106 km-dən artıq müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, 852 mənzildə sayğac və fərdi tənzimləyici quraşdırılıb. İşlər Şınıx bölgəsinin daha bir neçə kəndində davam edir.

İbrahim Kərbalayev “Azəriqaz” İB-nin şöbə müdiri: Qeyd edim ki, Şınıx bölgəsi 26 yaşayış məntəqəsindən ibarətdir. Şınıx kəndi də daxil olmaqla 7 yaşayış məntəqəsi qazlaşdırılaraq mavi yanacqla təmin olunub. 19 yaşayış məntəqəsində qazlaşdırma işləri aparılır. 9 yaşayış məntəqəsində Zamanlı, İsalı, Çay Rəsullu, və digər 9 kəndinq azlaşdırılmasıda bu reallaşır. Digər 10 kənddə son tamamlanma işləri aparılır. Bundan başqa Gədəbəy rayonunun Çaldaş və Səbətkeçməz kəndlərinin qazlaşdırılması istiqmaətində də iş aparılır. Bu kəndlərində 2018 ci ilin sonunadək mavi yanacqla təchiz edilıməsi planlaşdırılır. 

Qaz verilişi münasibəti ilə təşkil olunan mərasimdə Gədəbəydə 109 yaşayış məntəqəsindən 45-nin qazlaşdırıldığı və abonentlərin sayının 12 minə çatdığı vurğulanıb. Rəmzi məşəlin alovlandırılması və evlərdə qaz sobalarının yandırılmasından sonra sakinlərə qaz təhlükəsizliyi ilə bağlı məlumatlar verilib.  

Natiq Hüseyn