• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1539
— 04.10.2018 14:01

Qaynı kişinin üstünə benzin töküb yandırdı

KepezTV Player

Tovuzun Qovlar qəsəbəsində dəhşətli hadisə baş verib. 37 yaşlı Elbrus Ələkbərov ağır yanıq xəsarətləri alaraq Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Trend-in məlumatına görə,gecə saat 1 radələrində zərərçəkənin qaynı Vüqar Ələkbərov onun evinə gəlib. Bu zaman Elbrus Ələkbərovun başqa qadınla münasibətdə olduğunu görüb. Nəticədə qayın və kürəkən arasında münaqişə başlayıb. Münaqişə nəticəsində Vüqar Ələkbərov özü ilə gətirdiyi benzini Elbrus Ələkbərovun üzərinə tökərək ona od vurub və hadisə yerindən qaçıb. Yaralı qonşuların köməyi ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti ağır qiymətləndirilir.Hadisəni törədən şəxsin saxlanılması istiqamətində axtarış tədbirlərinə başlanılıb. Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalara başlanıb.