• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2056
— 04.10.2018 14:01

Qəzalar can aldı, yarımcan etdi

KepezTV Player

Bərdə rayonunun Mehdili kəndi ərazisində dəhşətli qəza olub. Raqif Nuriyevin idarə etdiyi "Shacman" markalı yük avtomobili ilə "VAZ-21011" toqquşub. Qəza nəticəsində Goranboy rayon sakinləri, "VAZ-21011" markalı avtomobilin sürücüsü Azər Vəliyev və sərnişinləri 68 yaşlı Zeynəb Rəcəbəliyeva, 48 yaşlı Rəna Rəcəbəliyeva və 13 yaşlı Rəvan Vəliyev hadisə yerində ölüblər.

"VAZ-21015" markalı avtomobil gecə saatlarında Bakı-Qazax magistralının 135-ci kilometrliyində, Hacıqabul rayonunun Muğan kəndi ərazisindən keçən hissəsində beton maneəyə çırpılaraq yoldan çıxıb və aşıb.Nəticədə avtomobildə olan 2 nəfər - 27 yaşlı Mingəçevir şəhər sakini Pərviz Hümbətov və 26 yaşlı Şirvan sakini Kənan Bünyatov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Rayonda baş verən daha bi hadisədə “Mercedes” markalı avtomobil yolun kənarı ilə velosipedlə hərəkətdə olan 15 yaşlı Muğan kənd sakini Əli Rüstəmovu vurub. Yeniyetmə Şirvan Şəhər Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Ona sol baldırının sınığı və baş-təpə nahiyəsinin travması diaqnozu qoyulub.Faktlarla bağlı araşdırmalar aparılır.