• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 04.10.2018 12:48

850 at güclü yolsuzluq avtomobili ilə dəlisov gediş

Keysi Karri adlı bir avtomobil yarışçısı 850 at güclü tam ötürücü maşınla dəlisov şəkildə idarə edib. Jeep modelləri stilində hazırlanan ofroud Kaliforniyanın Arizona ilə sərhəddində yerləşən Havasu gölü yaxınlığında özünü hər tərəfli göstərib. Keysi Karri 1950-ci illərdə əsası qoyulan Currie Enterprise şirkətinin varisi hesab olunur. Əvvəllər orada traktorlar üçün differensial istehsal olunurdu. İndi isə şirkət tam ötürücü sistemin elementlər və yolsuzluq avtomobilləri üçün asmalar, eləcə də hot-rodların istehsalı ilə məşğuldur.