• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 04.10.2018 12:48

LG V40 ThinQ flaqman modelinin rəsmi videosu yayımlandı

LG şirkəti öz YouTube kanalında LG V40 ThinQ flaqman modelinin reklam videosunu yayımlayıb. Video sözügedən flaqman modelində 5 kameranın olacağı məlumatını təsdiqlənib. Smartfon 3 arxa kameraya və 2 ön kameraya sahib olacaq. Bundan əlavə olaraq smartfon 6.4 düymlük ekranla təchiz olunacaq. Barmaq izi skanı texnologiyası smartfonun arxa panelində yerləşir. Digər dizayn özəllikləri baxımından isə V40 ThinQ modeli keçən ilki V30-a bənzəyir. Sızan məlumatlara görə smartfon Snapdragon 845 prosessoru və Google Assistant səs köməkçisini işə salmaq üçün əlavə düymə qazanacaq.