• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 676
— 03.10.2018 16:52

Göygöldə baş verən qəzada üç qadın yaralandı

Göygöl rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. Bakı-Qazax magistralının rayonun Hacıməlik kəndi ərazisindən keçən hissəsində “Mercedes” və "Niva" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində Hacıməlik kənd sakinləri - 70 yaşlı Zülfinaz Allahverdiyeva, 39 yaşlı Aygün Allahverdiyeva və 62 yaşlı Nailə Ağayeva xəsarət alıb. Yaralılar Göygöl Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Xəstəxanadan verilən məlumata görə, tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.

 

Elton Cabbarlı