• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1567
— 03.10.2018 15:01

Şəmkirdə rus dili fənnini tədris edən müəllimlər üçün kurslar təşki olunub

KepezTV Player

Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibləri sırasında Şəmkirli pedoqoqda var. Rus dili müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması layihəsi ilə müsabiqəyə qatılan Şəmkir şəhər Nizami Gəncəvi adına tam orta məktəbin rus dili müəlliməsi Süzulə Gözəlova qalibləri sırasında yer alıb. 3 aylıq layihə çərçivəsində rayonun müxtəlif məktəblərində rus dili fənnini tədris edən 20-ə yaxın pedaqoqun peşəkarlıq səviyyəsinin artırılmasına nail olunacaq. Bunun üçün bir sıra təlimlər keçirilməsi planlaşdıırlır. Xüsusi ilə də rus dili dərsinin tədrisi zamanı kuriklumun tətbiqi informasiya və kommunikasiya vasitələrindən istifadə qaydaları aşılanacaq.  Eyni zamanda rus dilinin məktəblərdə xarici kimi tanınamsına çalışacaqlar. Qarşıdakı 3 ay ərzində Rusiya və Gürcüstanın bir sıra universtetləri ilə telekörpülərin yaradılması və qarşılıqlı bilik mübadiləsinin aparılmasıda nəzərdə tutulub. Həmçinin rus dili müəllimlərinə dərs nümunələrinin hazırlnamsına yardım göstəriləcək. Layihənin təqdimat mərasimində müəllimlərlə qarşılıqlı diskusiya təşkil olunub. Xüsusi ilə internet şəbəkəsi zəif olan kənd məktəblərinin pedoqoqlarına tövsiyyələr verilib.

Süzulə Gözəlova - lıayihənin rəhbəri: Bəzi hallarda intenet problemi ucbatından rus dili dərslərində internet resursların istifadəsi çətinləşir. Biz bu çətinliyi bacardığımız qədər aradan qaldırmaq məqsədi ilə rus dili dərsinə aid əyani vasitələri audio və video faylları  eləcədə qrafiq rəsmləri disklər şəklində toplamağa qərara almışıq. Layihə müddətin də bunlar hazırlanıb bütün müəllimlərə təqdim olunacaq. Hansı ki o vasitələrədən müəllimlər tədris zamanı səmərəli şəkildə istifadə edə biləcəklər.

 

Natiq Hüseyn