• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 03.10.2018 13:28

Gəmidən oğurluq edən dəstə tutulub

KepezTV Player

Bu ilin aprelində Xızı Rayon Polis Şöbəsinə rayonun Giləzi qəsəbəsidə Rusbot-85K tipli gəzinti təyinatlı gəmidən oğurluq edilməsi barədə müraciət olunub. Gəmidən ümumi dəyəri 80 min manat məbləğində dəyərləndirilən 2 ədəd Merkuri-200 markalı əsas və ehtiyat mühərrikləri, bir ədəd akkumlyator və bir ədəd uzaqdan idarəetmə cihazının oğurlandığı müəyyən edilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq oğurluğu törətməkdə şübhəli bilinən dəstə saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər oğurladıqlarını Vidadi Abasova məxsuz “VAZ 2106” markalı avtonəqliyyat vasitəsi ilə hadisə yerindən uzaqlaşdırlarını bildiriblər. Mühərriklər maddi sübut kimi polis əməkdaşları tərəfindən götürülüb.