• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1499
— 03.10.2018 13:19

Avtomobildə pirotexniki vasitə və fişəng aşkar edildi

KepezTV Player

"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Volkswagen sharan" markalı nəqliyyat vasitəsi ilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib. Vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin döşəməsində xüsusi düzəldilmiş yerdən vətəndaşın gömrük nəzarətindən gizlətdiyi, 560 qutu pirotexniki vasitə, 230 ədəd fişəng aşkar edilib. Faktla bağlı araşdırma aparılır.